Ağstafa RİH başçısı Seymur Orucov Pirili kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Pirili kənd Pirili kənd iəd üzrə nümayəndəliyin inzibati binasının akt zalında təşkil olunan qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, aidiyyəti üzrə təşkilatların və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Seymur Orucov nəzərə çatdırıb ki, ölkə rəhbərliyinin konkret tapşırığına uyğun olaraq yerlərdə səyyar qəbulların keçirilməsinin əsas məqsədi əhalini narahat edən məsələlərin həlli istiqamətində operativliyin artırılması, çeviklik və səmərəliliyin təmin edilməsindən ibarətdir.
Vətəndaşların təklif və müraciətləri dinlənilərək nəzarətə götürülüb. Qaldırılan hər bir məsələ ətrafında aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirələr aparılıb və həlli tədbirləri müəyyən edilib. Vətəndaşlara qanunamüvafiq izahatlar verilib.