Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Seymur Orucov rayonun Kolxəlfəli kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

10 noyabr 2022 | 17:38

Müvafiq qrafikə uyğun olaraq Kolxəlfəli kənd tam orta məktəbin akt zalında keçirilən səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti üzrə təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulda RİH başçısı giriş sözü söyləyərək, ölkə rəhbərliyinin konkret tapşırığna uyğun olaraq yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalini narahat edən məsələlərin yerində öyrənilərək operativ həllinə geniş imkan yaratdığını bildirib.

Sakinləri maraqlandıran müxtəlif mövzulu məsələlərə aydınlıq qətirilib, qanunamüvafiq qaydada izahatlar verilib, həlli istiqamətində əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verilərək nəzarətə götürülüb.

Qəbulda iştirak edən vətəndaşlar Ağstafa rayonunda həyata keçrilən abadlıq-quruculuq işlərinə, icra olunan sosial infrastruktur layihələrə görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər