Ağstafa RİH başçısı Seymur Orucov rayonun təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə başçının müavinləri, Tovuz-Qazax Regional Təhsil İdarəsinin Ağstafa Sektorunun məsul şəxsləri, rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Tədbirdə Ağstafa rayonunda 2023/2024-cü tədris ilində əldə olunan uğurlar və qarşıda duran mühüm vəzifələr müzakirə edilib. RİH başçısı qeyd edib ki, son illərdə Heydər Əliyev Fondu tərəfindən Həsənsu kəndində və Vurğun qəsəbəsində ən müasir tələblərə cavab verən tam orta məktəb binalarının tikilərək istifadə verilməsi, eyni zamanda, Fond tərəfindən inşa olunaraq yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulan Zəlimxan kənd tam orta məktəb binası ümumilikdə Ağstafa təhsili üçün göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Görüşdə təhsil işçilərinin təkllif və rəyləri dinlənilərək qəbul olunub.