Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Seymur Orucov Tatlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

25 sentyabr 2023 | 19:45

Tatlı kənd tam orta məktəb binasında keçirilən səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və müvafiq təşkilatlarının nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb.

Səyyar qəbulda çıxış edən hər bir vətəndaş diqqətlə dinlənilib və qanunamüvafiq izahatlar verilib. Qaldırılan hər bir məsələyə dair aidiyyəti üzrə məsul şəxslərlə birlikdə müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib.

Keçidlər