Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Düzıqşlaq kənd yaşayış məntəqəsində keçirib

22 dekabr 2022 | 16:23

Düzqışlaq kənd tam orta məktəbin iclas zalında keçirilən vətəndaş qəbulunda RİH başçısı aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilatlarının məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda kənd sakinləri tərəfindən müxtəlif məzmunlu müraciət və təkliflər irəli sürülüb. Hər bir məsələ aidiyyəti üzrə məsul şəxslərlə birlikdə müzakirə olunaraq ətraflı araşdırılıb. Məsələlərin həlli tədbirləri müəyyən edilib, vətəndaşlara qanunamüvafiq izahatlar verilib.

Keçidlər