Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Həsənsu kənd yaşayış məntəqəsində keçirib.

02 mart 2023 | 15:56

Həsənsu kənd tam orta məktəbin akt zalında keçirilən qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan tədbirlərdən söz açan RİH başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsində əsas məqsəd əhalini maraqlandıran məsələləri daha dərindən öyrənmək və araşdırılan narahtlıqları operativ qaydada aradan qaldırmaqdan ibarətdir.

Səyyar qəbulda vətəndaşların irəli sürdükləri təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülüb. Hər bir məsələ ilə bağlı müzakirələr aparılıb, həlli istiqamətində qanunamüvafiq qaydada zəruri tədbirlərin görülməsi qərara alınıb.

Keçidlər