Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Muğanlı kənd yaşayış məntəqəsində keçirib.

19 yanvar 2023 | 17:30

Müvafiq qrafikə uyğun olaraq Muğanlı kənd tam orta məktəbin akt zalında keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

RİH başçısı səyyar qəbulda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlardan, ölkəmizdə höküm sürən ictimai-siyasi sabitlik və əminəmanlıqdan, dinamik sosial-iqtisadi inkişafdan, habelə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbəmizlə işğaldan azad olunan ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərindən söz açıb.

Qəbulda vətəndaşların irəli sürdükləri hər bir təklif və müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər