Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Poylu kənd yaşayış məntəqəsində keçirib
23 avqust 2023 | 18:09
Poylu kənd tam orta məktəbində təşkil olunan səyyar qəbulda rayon prokuroru Anar Cəfərov, başçının müavinləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Seymur Orucov çıxışında dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, eləcə də işğaldan azad olunan torpaqlarımıza sürətlə davam edən “Böyük Qayıdış” konsepsiyasından söz açıb.
Səyyar qəbulda müxtəlif məzmunda məsələlər qaldıran hər bir vətəndaş diqqətlə dinlənilib, həmçinin onlara qanunamüvafiq qaydada izahatlar verilib. Məsələlərin həllinə dair geniş müzakirələr aparılıb, həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tövsiyə və tapşırıqlar verilib.