Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Qarahəsənli kəndində keçirib

26 iyul 2023 | 19:34

Qarahəsənli kənd tam orta məktəbin həyətində təşkil olunan səyyar qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanların rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.

RİH başçısı qeyd edib ki, ölkəmizin davamlı inkişafı naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi beynəlxalq aləmdə özünü sübut etmiş, həmçinin Cənubi Qafqazın liderinə çevrilmişdir.  

Səyyar qəbulda vətəndaşların irəli sürdükləri təklif və müraciətlər qəbul olunaraq həlli ilə bağlı nəzarətə götürülüb.

Keçidlər