Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Vurğun qəsəbəsində keçirib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Vurğun qəsəbəsində keçirib. Müvafiq qrafikə uyğun olaraq səyyar qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi vətəndaşları maraqlandıran məsələləri yerində araşdırıb operativ qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Qəbulda təklif və müraciətlə çıxış edən qəsəbə sakinləri diqqətlə dinlənilib və onların qaldırdıqları məsələlər nəzarətə götürülüb. Hər bir məsələ ətrafında məsul şəxslərlə birlikdə müzakirələr aparılıb və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.