Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Poylu kəndində keçirib
Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, müvafiq idarə, müəssisə və təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.
RİH başçısı çıxışında bildirib ki, 7 fevral 2024-cü il tarixi Azərbaycanın demokratik inkişaf tarixinə daha bir uğur səhifəsi kimi həkk olundu. Ölkə tarixində ilk dəfə olaraq bütöv Azərbaycanı əhatə edən növbədənkənar Prezident seçkilərinin yüksək seçici fəallığı şəraitində keçməsi torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı qürur hissinin təntənəsi idi.
Qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlər ətrafında geniş müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.