Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı vətəndaşların növbəti səyyar qəbulunu Eynallı kəndində keçirib

03 oktyabr 2025 | 16:50

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını və əhali ilə görüşlərini davam etdirir. Eynallı kənd tam orta məktəbində təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətlərinin hərtərəfli araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə göstərişlər verilib.

Keçidlər