Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Vurğun qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

10 dekabr 2024 | 18:33
Ağstafa RİH başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir. Növbəti səyyar qəbul Vurğun qəsəbə tam orta məktəb binasında təşkil olunub və rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti qurumların məsul şəxsləri, eyni zamanda, yerli ictimaiyyətin nümayəndələri iştiak ediblər.
RİH başçısı Prezident İlham Əliyevin müvafiq göstəriş və tövsiyələrinə uyğun olaraq respublikanın hər yerində, o cümlədən Ağstafa rayonu ərazisində əhali ilə keçirilən mütəmadi görüşlərin, səyyar vətəndaş qəbullarının əhəmiyyətindən söz açaraq bildirib ki, başlıca məqsəd sakinləri narahat edən məsələləri daha dərindən araşdıraraq operativ həllinə nail olmaq, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Həmçinin hər kəs əlavə vaxt itkisinə yol vermədən, yaşadığı ünvanı tərk etmədən rahat şəkildə Ağstafa Rayon İcra Hakimiyyətinə olan istənilən məzmunlu müraciətlərini “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalı vasitəsi ilə də ünvalaya bilər. Bütün qeyd olunanlar ölkəmizdə vətəndaş məmunluğunun artırılmasına hesablanmış çoxsaylı tədbirlərdən biridir.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri təklif və müraciətləri dinlənildikdən sonra qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin həlli istiqamətində RİH başçısı aparatının və qəbulda aidiyyəti təşkilatları təmsil edən məsul şəxslərə konkret tapşırıqlar verilib.
Görüşdə Vurğun qəsəbəsindən olan Azərbaycan Atletika Federasiyasının qaçış üzrə yüngül atleti, respublika və beynəlxalq dərəcəli bir sıra yarışların iştirakçısı və mükafatçısı Əliyev Ağa Qəzənfər oğlu ölkəmizdə idmana və gənclərə göstərilən yüksək dövlət qayğısına görə ağstafalı gənclər adından dərin minnətdarlığını bildirib. Məlumat üçün qeyd edək ki, Ağa Əliyev Ümummilli Lider Heydər Əliyevin 2019-cu ildə 96-cı illiyi və 2023-cü ildə 100 illik yubileyi münasibəti ilə Ağstafa-Bakı marşrutu üzrə 465 km məsafəyə marafon qaçışlarını uğurla həyata keçirərək müvafiq diplom, sertifikat və qiymətli hədiyələrlə təltif olunub. Bundan əlavə o, cari ildə “Xankəndi” ultramarafonunda uğurla çıxış edib, Şabran şəhərində 25 km məsafəyə qaçış üzrə “Qalaaltı trail” yarışında 2-ci yeri tutub. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Atletika Federasiyasının 100 illiyinə həsr olunmuş 100 km məsafəyə qaçış üzrə ultramarafon yarışında da uğurlu iştirakına görə Diplom və hədiyyə ilə təltif olunub.
Keçidlər