Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı yanında Şuranın növbəti iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

05 dekabr 2024 | 17:35
Seymur Orucovun sədrliyi ilə Ağstafa RİH başçısı aparatının inzibati binasında keçirilən Şura iclasında rayonun hüquq-mühafizə strukturlarının və aidiyyəti təşkilatların rəhbər şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş nitqi ilə açan RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün sahələrində əldə olunan yüksək nəaliyyətlərdən söz açıb, Ağstafa rayonunda icra olunan sosial infrastruktur layihələr, abadlıq-quruculuq tədbirləri barədə ümumi məlumat verib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları və zəngin dövlətçilik irsi əsasında gələcəyə doğru inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, xalqımız Ulu Öndərin əziz xatirəsini böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir.
Seymur Orucov Ağstafa RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin yeni təyin olunan müdiri-baş memar Nürəddin Abbasovu kollektivə təqdim etdikdən sonra gündəlikdə duran məsələləri diqqətə çatdırıb və sözü məruzəçilərə verib.
Öz növbəsində Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev - "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planın"da nəzərdə tutulmuş tapşırıqların Ağstafa rayonunda icrası barədə, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova - Rayon İcra Hakimiyyəti başçısı aparatında gənclərin könüllülük fəaliyyətinə cəlb edilərək, könüllük prosesinin keçirilməsinə nəzarət olunması barədə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev - "Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatında 2024-cü ildə Şəhid ailələri və qazilərin sanatoriyalara göndərilməsinin təmin edilməsinə dair geniş məruzələrlə çıxış ediblər.
Gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib, eyni zamanda, həlli vacib məsələlərlə bağlı nəzarət qaydasında konkret tapşırıqlar verilib.
Yekunda Şuranın müvafiq qərarları qəbul edilib.
Keçidlər