Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyətinin təkminləşdirilməsinə dair tədbir keçirilib

14 oktyabr 2025 | 09:01

Seymur Orucovun sədrliyi ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən iclasda komissiya üzvləri və rayonun ümumtəhsil müəssisələrinin direktorları, eləcə də aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RİH başçısı bildirib ki, Azərbaycan Respublikasında uşaqların problemlərinin həlli, onların hərtərəfli inkişafına şəraitin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət artıq milli strategiyaya çevrilmişdir. Dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla bağlı məsələlərə hər zaman xüsusi diqqət yetirirlər. Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Lalə Eyyubova və Ağstafa rayonu üzrə Təhsil sektorunun müdiri Mədəd Zeynalov mövzu ətrafında geniş çıxış ediblər. Çıxışlarda uşaq hüquqları haqqında qanunvericiliyin və qəbul olunmuş beynəlxalq sənədlərin müəyyən etdiyi məsələlər, uşaq yaşlarından psixoloji hazırlılığın aşılanmasının vacibliyi, uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, münaqişələrdən və dini ekstremizmdən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi məsələləri barədə ətraflı məlumat verilib.

Keçidlər