Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısının səyyar qəbulunda Aşağı Göycəli kənd sakinlərinin təklif və müraciətləri qəbul olunub

22 dekabr 2023 | 18:02

Seymur Orucovun başçılığı ilə Aşağı Göycəli kənd tam orta məktəb binasında keçirilən vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. RİH başçısı çıxşında qeyd edib ki, ötən gün işğaldan azad olunan qədim Azərbaycan diyarı Xankəndidə təşkil olunan və böyük anlam daşıyan “Qarabağ” və Şanlı Ordumuzu təmsil edən “MOİK” futbol komandaları arasında əzəli torpaqlarımızda 30 ildən sonra baş tutan ilk idman bayramı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizə qızıl hərflərlə həkk olunan, ölkəmizin gələcəyinə işıq saçan Ümmilli Liderimiz Heydər Əliyevin dühası idi. Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın qəhrəman şəhidlərimizin övladlarının əhatəsində bu möhtəşəm idman tədbirində iştirakları, bütün dünyaya Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətlərin parlaq nümunəsi idi. Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələnin həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında tapşırıq və müvafiq tövsiyələr verilib.

Keçidlər