Ağstafa RİH başçısının vətəndaşların növbəti səyyar qəbulu Aşağı Göycəli kəndində baş tutub
15 yanvar 2026 | 16:33
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Aşağı Göycəli kənd tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda müvafiq təşkilatların səlahiyyətli nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşları maraqlandıran və əhalini narahat edən məsələlər ətraflı araşdırılıb. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında tapşırıq və tövsiyələr verilib.






