Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısının vətəndaşların növbəti səyyar qəbulu Qaçaq Kərəm kəndində keçirilib.

09 dekabr 2022 | 18:25

Kəndin tam orta məktəb binasının iclas zalında Seymur Orucovun rəhbərliyi ilə keçirilən səyyar qəbulda müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

RİH başçısı ölkə rəhbərliyinin konkret tapşırığına uyğun olaraq yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətindən söz çaraq bildirib ki, əsas məqsəd əhalini narahat edən məsələləri yerində hər tərəfli araşdırmaq və zəruri tədbirlər müyyən etməklə operativ qaydada həllinə nail olmaqdan ibarətdir.

Sakinlər tərəfindən qaldırılan məsələlər qəbul olunaraq nəzarətə götürülüb. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər