Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa sakinlərinin qaz təsərrüfatına dair müraciətləri dinlənilib

02 sentyabr 2022 | 12:53
Ağstafa sakinlərinin qaz təsərrüfatına dair müraciətləri dinlənilib
bonentlərin müraciətlərinin vizual şəkildə qeydə alındığı “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Ağstafa rayonunda keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, səsləndirilən müraciətlərdən biri qeyri-yaşayış sahəsinin qazlaşdırılması olub ki, bu da Ağstafa şəhər sakininin sözlərində yer alıb. Abonent hesabının passiv statusundan aktiv statusuna keçirilməsini isə Köhnə Qışlaq kənd sakini istəyib. Səyyar qəbul otağının digər müraciətləri işə qəbul və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub.
“Azəriqaz”ın Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların ünvanladığı sualları cavabsız qoymayaraq aidiyyəti üzrə müvafiq qeydlər ediblər.
Keçidlər