Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində “Göyəzən” Ağır Atletika Klubunun yeni bölməsi fəaliyyətə başlayıb.

22 iyun 2022 | 17:36

Klubun istifadəyə verilməsi mərasimində Ağstafa RİH başçısı Seymur Orucov, “Göyəzən” Ağır Atletika Klubunun təsisçisi və direktoru Azər Əlizadə, məşqçiləri, məsul şəxslər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə dövlətimizin idmanın bütün sahələrinə və idmançılara göstərdiyi yüksək diqqət və qayğısından, eləcə də beynəlxalq arenalarda əldə olunan yüksək nəaliyyətlərdən geniş bəhs olunub.

Ağstafada idmanın ağır atletika növü üzrə ilk dəfə fəaliyyətə başlayan klubda yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Keçidlər