Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində məişət, elektronika, tekstil və digər növ əşyaların satışının təşkil olunduğu “WELLHOME” mağazası ağstafalıların istifadəsinə verilib

17 noyabr 2023 | 15:01

Ağstafa RİH başçısı Seymur Orucov müavinləri ilə birlikdə mağazanın istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə iştirak edib, ticarət obyektində yaradılan şəraitlə yaxından tanış olub.

İş adamı, mağazanın təsisçisi Elşad Vəliyev ölkəmizdə özəl sektorun inkişafı üçün yaradılan münbit şəraitə görə ağstafalı sahibkarlar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək qeyd edib ki, sahibkarlığın inkişafı istiqamətində qurulan sağlam dövlət-özəl sektor münasibətlərinin məntiqi nəticəsidir ki, respublikamızın hər yerində olduğu kimi Ağstafa rayonunda da özəl sektorun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır. O, diqqətə çatdırıb ki, hər bir ev üçün tələb olunan əşyaların satışının təklif olunduğu ticarət obyektində xaricdən gətirilən məhsullarla yanaşı yerli istehsalçıların da yüksək keyfiyyətli məhsulları yer alır. İlk gündən alıcılar üçün təklif olunan sərfəli alış-veriş kampaniyalarının davamlı olacağını diqqətə çatdıran sahibkar, fəaliyyətə başlamaları ilə Ağstafada yeddi yeni iş yerinin açılmasının da əsas hədəflərindən olduğunu bildirib.

(“WELLHOME” mağazası Ağstafa şəhəri, Heydər Əliyev prospekti, 5A. ünvanında Səməd Vurğun adına istirahət parkı ilə üzbəüz yerləşir.)

Keçidlər