Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində “Şəhid” Memorial Abidə Kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb.

27 sentyabr 2022 | 14:30

27 sentyabr Anım Günündə Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərimzin xatirəsinə ucaldılmış “Şəhid” Memorial Abidə Kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Memorial kompleksin səkkiz guşəli ulduzunda alovlanan məşəl önünə əklil qoyulub, aypara abidəsi üstünə gül dəstələri düzülüb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər