Ağstafa şəhərinin içməli su tətchizatı ilə bağlı əhalinin nəzərinə!
11 mart 2026 | 17:57
Ağstafa şəhəri, H.Arif küçəsində diametri 160 mm-lik su xəttində qəza baş vermişdir. Odur ki, 12.03.2026-cı il tarixində saat 09:00-dan etibarən Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsi qəzanın aradan qaldırılması ilə əlaqədar zəruri təxirəsalınmaz təmir işləri həyata keçirəcəkdir. Gün ərzində qəza-bərpa tədbirləri tam icra olunanadək Ağstafa şəhərinin su təhcizatında məcburi fasilə yaranacaqdır.
Nəzərə almağınızı xahiş edirik!






