Ağstafa şəhərinin içməli su təchizatında yaranacaq fasilə ilə əlaqədar əhalimizin nəzərinə!
14 oktyabr 2026 | 20:36
Ağstafa şəhərinin M.Ə.Rəsulzadə küçəsində diametri 300 mm-lik su xəttində qəza baş vermişdir. Odur ki, 15.10.2026-cı il tarixində Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsi qəzanın aradan qaldırılması ilə əlaqədar zəruri təxirəsalınmaz təmir işləri həyata keçirəcəkdir. Gün ərzində qəza-bərpa tədbirləri tam icra olunanadək Ağstafa şəhərinin su təhcizatında məcburi fasilə yaranacaqdır.
Nəzərə almağınızı xahiş edirik.






