Ağstafa şəhərinin mərkəzində “Heydər Əliyev və tarixi-mədəni irsimiz” adlı bilik viktorinası təşkil olunub
08 may 2024 | 15:08
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan viktorina Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən qoruğun inzibati binasının önündə keçirilib.
Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə intellektual bilik yarışını izləyib, qoruğa məxsus eksponatlardan ibarət sərgi ilə tanış olub.
İki mərhələdən ibarət viktorinada hər iştirakçıya 10 sual ünvanlanıb. Qalib iştirakçılara "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna aid buklet, fleyer və müxtəlif hədiyyələrdən ibarət çantalar təqdim olunub.