Ağstafada 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Biz Heydər nəvəsiyik” adlı Uşaq Festivalı keçirilib
Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Ağstafa Gənclər Evi” soial xidmət müəssisəsinin tərəfdaşlığı ilə keçirilən bayram tədbirində məsul şəxslər, şəhid və qazilərimizin ailə üzvləri, övladları, rayonun məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxışında uşaqları təbrik edərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı, diqqət göstərirdi, onların sağlamlığı, yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi daim Ümummilli Liderin diqqətində olmuşdur. Hazırda Ulu Öndərin siyasi xətti ilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqların qayğısız böyümələri üçün hər cür şərait yaradılıb. Şəhidlərimizin və qazilərimizin övladları daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.
Uşaqların təqdimatında şeirlər səsləndirilib, nəğmələr söylənilib, bədii-əyləncəli proqramlar nümayiş etdirilib. Parkın ərazisində balaca istedadların əl işlərindən ibarət təşkil olunmuş yaradıcılıq sərgiləri də tədbir iştirakçılarının böyük rəğbətinə səbəb olub.