Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Suveren ölkənin qalib uşaqları” adlı bədii-əyləncəli bayram tədbiri təşkil olunub

31 may 2025 | 09:56

Ağstafa Rayon İcra Hakimiyyətinin "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibəti ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Suveren ölkənin qalib uşaqları” adlı bədii-əyləncəli bayram tədbiri təşkil olunub. Tədbirdə Ağstafa RİH başçısı aparatının məsul şəxsləri, məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, ibtidai sinif şagirdləri, müəllim və valideynlər iştirak ediblər. Bayram tədbirində uşaqların ifasında şeirlər səsləndirilib, nəğmələr oxunub, rəngarəng  bədii-əyləncəli kompozisiyalar  nümayiş etdirilib. 

Keçidlər