Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

28 fevral 2025 | 17:18

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda işçilərin mülki müdafiəyə daimi hazırlığına nail olmaq məqsədi daşıyan maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ağstafa RİH başçısı aparatının əməkdaşı, rayon Mülki Müdafiə Qərərganının rəisi Vüqar Həsənov çıxış edərək bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub və hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Beynəlxalq Mülki Müdafiə Günü hər il bir mövzuya, o cümlədən 2025-ci il “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusuna həsr edilib.

 “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Səyyad Yusifov,  Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Yanğınsöndürmə növbəsinin rəisi daxili xidmət kapitanı Qurban Məmmədov, publik hüquqi şəxsin Mülki Müdafiə Qərərganının rəisi Akif Məmmədov mövzuya dair məruzələrlə çıxış edərək əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsindən söz açıblar.

Keçidlər