Ağstafada 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Ağstafa RİH və YAP Ağstafa rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, Təşkilatın sədri Etibar Hacıyev, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
YAP Ağstafa rayon Təşkilatının inzibati binasında təşkil olunan tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Seymur Orucov, Etibar Hacıyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin müəllimi Vüsal Həsənov, Ağstafa şəhər Texniki Humanitar Təmayüllü liseyin uşaq birliyi təşkilatının rəhbəri Naidə Həsənova, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ramiz Nəsirov və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunmasından söz açıblar.
YAP Ağstafa rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanlarla təltif olunub və Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə vəsiqələr təqdim olunub.