Ağstafada “15 may – Beynəlxalq Ailə Günüdür” mövzusunda tədbir keçirilib
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 30 aprel 2024-cü il tarixli müvafiq Sərəncamına uyğun olaraq Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan tədbir Ağstafa RİH, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Ağstafa rayonu üzrə Təhsil və Gənclər və İdman sektorlarının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə təşkilatçıların məsul əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin nümayəndələri və valideynlər iştirak ediblər.
Çıxış edən natiqlər Beynəlxalq Ailə Gününün ölkəmizdə qeyd olunmasının əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, ailə məsələsini hər zaman diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, gender bərabərliyinin təmin olunması, ailə problemlərinin həlli, o cümlədən bu istiqamətdə görülən böyük işlər nəticəsində 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da imzaladığı müvafiq Sərəncamla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis olunmuş və hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirləri həyata keçirir.
Sonda rayonun ümumtəhsil müəssisələri üzrə “Yaşlı nəslin təcrübəsindən faydalanırıq” müvzusunda keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar.