Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar "Azadlığın təməli" adlı tədbir keçirilib

19 yanvar 2024 | 20:32

Ağstafa RİH başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayon Mədəniyyət Mərkəzində  keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvar, o cümlədən  bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra video çarx təqdim olunub. Çıxışlarda  Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən söhbət açılıb. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə  siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.

 Tədbir yerli incəsənət nümayəndələrinin, eləcə də məktəblilərin  təqdimatında şəhidlərə həsr olunan ədəbi-bədii kompazisiyalar ilə davam etdirilib.

Mərkəzin foyesində Qanlı Yanvar hadisələrini özündə əks etdirən kitab  sərgisi də nümayiş olunub.

Keçidlər