Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 20 Yanvar faciəsinin 36-cı ildönümü ərəfəsində könüllü gənclərin iştirakı ilə ümumrayon iməclik aksiyası təşkil olunub

17 yanvar 2026 | 13:43
Xalqımızın milli qürur və şərəf tarixi 20 Yanvar faciəsinin 36-cı il dönümü ərəfəsində Ağstafa Rayon İcra Hakimiyyətinin könüllü gəncləri şəhidlərimizin məzarlarını ziyarət edib, iməclik aksiyasında fəallıq nümayiş etdiriblər. Könüllülər əvvəlcə Vurğun qəsəbəsində ağstafalı 20 Yanvar şəhidimiz Habil Əzizovun məzarını ziyarət edib, ətrafda abadlıq, təmizlik işləri həyata keçiriblər. Aksiya Ağstafa Rayon Şəhidlər Xiyabanı, eləcə də rayonun digər yaşayış məntəqələrində davam etdirilib. Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər