Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Tədbirlər Planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə silsilə tədbirlər keçirilir.

19 yanvar 2023 | 18:56

Anım tədbirlərində xalqımızın qan yaddaşına əbədi həkk olunmuş özündə faciə və qəhrəmanlıq nümunəsini ehtiva edən 20 Yanvar 1990-cı il hadisələrindən bəhs olunur. Qeyd olunur ki, məhs ulu öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsi sayəsində Azərbaycan xalqının başına gətirilən qanlı faciə öz hüquqi və siyasi qiymətini almışdır. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, ifşaedici və cəsarətli bir bəyanat vermişdir. 

Keçidlər