Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi münasibətilə “Keşikçidağ” Dövlət tarix- mədəniyyət qoruğuna yürüş keçirilmişdir.

27 aprel 2023 | 11:21

2023-cü ilin  “Heydər Əliyev  ili”  elan edilməsi   həmçinin  18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar 26  aprel 2023-cü il  tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Ağstafa  rayon İcra  Hakimiyyətinin  dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix- mədəniyyət qoruğu ərazisində yerləşən “İlham Əliyev adına zirvə”yə Niva markalı avtomobillərlə  yürüş təşkil  edilmişdir. Yürüş Ağstafa rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, Bakı Dövlət Universitetinin Qazax filialının alimləri və rayon ziyalıları,  “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsi”nin rəhbərliyi və könüllüləri,   digər idarə və təşkilatların məsul şəxslərinin, həmçinin  qoruq ərazisində  elmi-tədqiqat işləri aparmış alimlərin və 15-ə qədər NİVA markalı avtomobilin iştirakı ilə baş tutmuşdur. Yürüş iştirakçıları Ulu Öndər Heydər Əliyevin heykəlini ziyarət etmələri ilə başlanmış, daha sonra avtomobil karvanının Keşikçidağ mağaralar kompleksinin ərazisinə yürüşü ilə davam etdirilmişdir.  Yürüşün keçirilməsində əsas məqsəd  Ulu Öndər Heydər Əliyev irsinin, o cümlədən  Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən,   tarix, memarlıq, arxeoloji  və dini  abidələrinin  daha geniş təbliğ edilməsi, qədim tariximizin  gənc nəslə,  şəhid ailələləri və  qazilərimizə  çatdırılması , abidələr haqqında təəssüratların yaradılmasını təmin etməkdir. Sonra  yürüşün ikinci mərhələsinə  start verilmiş  və  qoruğa məxsus informasiya mərkəzində dayanaraq bələdçilər tərəfindən iştirakçılara kurqanlar haqqında məlumatlar verilmiş, daha sonra isə  qonaqlar  “Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” adlı layihə əsasında  44 günlük Vətən Müharibəsində torpaq uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə salınmış “Badam bağı” ilə tanış olmuşlar. Tədbir ağacəkmə aksiyası ilə davam etdirilmiş, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ağac əkilmişdir.

 

Keçidlər