Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 23 May - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü qeyd olunub

23 may 2024 | 11:45

Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə  Ağstafa rayonunda Qarayazı Dövlət Təbiət Qoruğunun kollektivi və rayonun  idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ziya Məmmədov çıxış edərək Qarayazı Dövlət Təbiət Qoruğunun  kollektivini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar diləyərək Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb. Daha sonra tədbir iştirakçılarına Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Sonda Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşlarından xidmətdə fərqlənənlər Fəxri Fərmanlarla təltif olunublar.

Keçidlər