Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

25 iyun 2025 | 18:01

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya tərəfindən təşkil olunmuş maarifləndirici görüşdə komissiya üzvləri, məsul şəxslər  və İctimaiyyət nümayəndələri iştirak ediblər. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşviq Hüseynov tədbiri giriş sözü ilə açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışaraq bu sahədə görülən işlərdən, cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən Ağstafa rayonunda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və təbliğat işlərinin genişləndirildiyini bildirib. Çıxış edən digər Natiqlər – Ağstafa rayon Prokurorunun böyük köməkçisi Aydın Məmmədov, rayon Polis şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini Qurban Qurbanov, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov və Ağstafa RMX PHŞ-in həkim-nevroloqu Vüqar Alıyev narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıblar. Müasir dövrümüzdə narkomaniyanın cəmiyyətin ən çox rastlaşdığı problemlərdən biri olduğunu qeyd ediblər.

Keçidlər