Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə günü ilə bağlı dəyirmi masa keçirilib

27 iyun 2024 | 17:26

Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Şəfaqət Qocayeva bildirib ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, hər bir millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə hüquqi məsələləri tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək dəyişən şəraitə və tələblərə uyğunlaşdırılır,  ölkəmizdə hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə ən yüksək səviyyədə həyata keçirilir.

Çıxış edən digər Natiqlər – RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənəm Budaqova, böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zakir Nəsibov, Ağstafa şəhər iəd üzrə nümayəndəliyin məsul əməkdaşı Altun Hüseynov çıxış edərək mövzuya dair fikirlərini bildiriblər.

Keçidlər