Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

25 sentyabr 2026 | 18:14

27 Sentyabr – Anım Günü ərəfəsində Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində şəhidlərin əziz xatirəsinin yad edilməsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin ictimaiyyətə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə tədbir keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpalarımız uğurunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə RİH başçısının müavini Lalǝ Eyyubova çıxış edərək bildirdi ki, gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da təkmilləşdirildi, proqramlar təsdiq olundu. Hər bir Azərbaycanlı ailəsi və hakimiyyətin birgə səyləri nəticəsində bu gün dünyaya öz qəhrəmanlığı ilə meydan oxuyan müasir Azərbaycan gəncliyi yarandı və 44 günlük Vətən Müharibəsi, eləcə də antiterror əməliyyatı müasir gəncliyimizin gücünü böyük güclərə sübut etdi. Sonra Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun rəhbəri Turan Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "İctimai fikir" beynəlxalq ictimai-ədəbi-bədii jurnalın baş redaktoru Midvari Xəlilzadə, Ağstafa şəhər 1 saylı tam orta məktəbin psixoloqu Rəqsanə Nəsibova, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşı-polis kapitanı Nurlan Niyazlı, həkim Sahibə Babayeva, yaşlı nəslin nümayəndəsi Musa Dəmirçiyev 27 sentyabr - Anım Gününə həsr olunmuş “Müasir Azərbaycan Gəncliyi – tarix yazan Qəhrəmanlar" mövzusu ətrafında geniş çıxış ediblər.

Keçidlər