Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 28 May Müstəqillik Gününə həsr olunmuş yorğa atların yarışı üzrə regional birincilik keçirilib

29 may 2024 | 11:07

Ağstafa Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş gənc  həvəskarlar arasında yorğa atların yarışı üzrə regional birincilik keçirilib. Qazax, Ağstafa və Tovuz rayonlarından yarışa qatılan ümumilikdə 19 nəfər həvəskar çapar reqlamentə uyğun olaraq 2000 metr məsafəni qət etməli olublar. Üç mərhələli yarışın yekununda 1-ci yeri Qazax rayonundan Zeynalov Elnur Elçin oğlu,  2-ci yeri Tovuz rayonundan Məmmədov Ədalət İsax oğlu,   3-cü yeri isə Ağstafa rayonundan Cəfərov Niyaməddin Ziyaddın oğlu tutublar. Yarışın sonunda qalib iştirakçılar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müavfiq diplomları ilə təltif olunublar.  

Keçidlər