Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibəti ilə şəhid ailələrinin üzvləri üçün təşkil olunmuş tədbir keçirilib.

23 dekabr 2022 | 17:14
 “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin böyük akt zalında keçirilən təbdirdə RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri, şəhid ailələrinin üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seymur Orucov hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edərək qeyd edib ki, ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizə bəxş etdiyi ümumxalq bayramı özündə milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə məhəbbət hisslərini təcəssüm etdirir. O cümlədən Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xəttin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbənin təntənəsindən, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş söz açıb. Vətən müharibəsinin könüllü iştirakçısı, şəhid İbrahim Cəfərovun atası Şamil Cəfərov ağstafalı şəhidlərimizin ailə üzvlərinin adından ölkəmizdə şəhid ailələrinə göstərilən xüsusi qayğıya, həmçinin onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin icrasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.  

Tədbirin davamı olaraq xalq artisti Teyyub Aslanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansablının təqdim etdiyi konsert proqramında “Vətən yaxşıdır” (Xudayar təsnifi), “Türk marşı”, xalq manhınaları  “Şuşanın dağları”, “Laçın”, Üzeyir Hacıbəylinin Koroğlu operasından “Koroğlu şikəstəsi”, “Çırpınırdı Qara dəniz”, eləcə də digər müəlliflərin “Azərbaycan oğluyam”, “Qarabağ”, “Üç Rəngli Bayraq” kimi vətənpərvərlik ruhunda olan əsərləri tamaşaçılar tərəfindən böyük coşğu ilə qarşılanıb.

Şəhid ailələrinə bayram sovqatları təqdim olunub.

Keçidlər