Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 31 mart – Azərbaycanlıların Soyqırımına həsr olunmuş dəyirmi masa keçirilib

31 mart 2025 | 11:59

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun və “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə xalqımıza qarşı törədilmiş soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov çıxış edərək 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Soyqırım zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının qanlı qırğınlar törətdiklərini və Soyqırım nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun rəisi Turan Hüseynov, Ağstafa Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Firəngiz İsmayılova və Ağstafa MKS-nin Ağstafa şəhər 2 nömrəli Kitabxananın müdiri Leyla Bayramova çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini bildirblər. Qeyd olunub ki, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazılıb.

Keçidlər