Ağstafada 44 günlük Vətən müharibəsi şəhidlərimizin ikinci ildönümləri münasibəti ilə ailələrinin ziyarətləri davam etdirilir.
21 noyabr 2022 | 17:35
Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə Vətən uğrunda canlarını fəda edən şəhidlərimiz, Ağstafa şəhərində Mahmud Fərman oğlu Əhmədovun, Dağ Kəsəmən kəndində Hikmət Azər oğlu Şıxməmmədovun və Ayxan Kamil oğlu Vəliyevin, Poylu qəsəbəsində Asəf Mehman oğlu Məmmədovun doğma evlərində əziz xatirələrini ehtiramla yad edib. Anım mərasimlərində şəhidlərimizin ruhuna dualar oxunub, onların keçdikləri mənalı ömür və şərəfli döyüş yollarından geniş bəhs olunub. Şəhidlərimizin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.