Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 44 günlük Vətən müharibəsi şəhidlərimizin ikinci ildöünümlərində əziz xatirələri ehtiramla anılır

22 noyabr 2022 | 11:55

Ağstafalı Vətən müharibəsi şəhidlərimiz Mustafa Elman oğlu Babayevin, Xudayət Vilayət oğlu Orucovun Xətai kəndində, Elçin Rövşən oğlu İbrahimovun,  Elnur Elman oğlu Həsənovun Ağstafa şəhərində, Əliheydər Səlahəddin oğlu Hüseynlinin Qırılı kəndindəki doğma evlərində ikinci ildönümləri günündə keçirilən anım mərasimlərində əziz xatirələri dərin ehtiramla yad edilib. Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidlərimizin ailələrini ziyarət edib, dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan bəhs edib və onlar hər zaman yüksək diqqətdə saxlanılacağını bildirib. Qeyd olunub ki, xalqımızın ən böyük qürur mənbəyi olan şəhidlərimiz qəlblərdə əbədi yaşayacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər