Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə "Heydər Əliyev və Müasir Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirilib

05 dekabr 2022 | 17:44

Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, RİH yanında İctimai Şuranın və "Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə keçirilib.

RİH başçısı Seymur Orucov bu əlamətdar gün münasibəti ilə gəncləri təbrik edərək bildirib ki,  müstəqil Azərbaycanda bütün sahələrin olduğu kimi könüllülüyün də inkişafı ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Bu gün də  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdikləri yüksək diqqət və qayğının nəticəsində könüllülük hazırkı yüksək inkişaf səviyyəsinə çatıb, bütün sahələrdə gənclərin fəaliyyəti üçün yeni fürsətlər yaradılıb. Ölkəmizdə keçirilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradılır,  onların hər birinin əməyi yüksək qiymətləndirilir və bu iş hər yerdə olduğu kimi Ağstafada da uğurla davam etdirilir.

RİH başçısı gəncləri maraqlandıran məsələləri dinləyib, onların təklif və müraciətlərini qəbul edib.

Könüllülərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib, rayonun ictimai həyatında fəallıq göstərən bir qrup könüllü müvafiq sertifikatla təltif olunub.

Keçidlər