Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 5 dekabr – Beynəlxalq Könüllülər Günü qeyd olunub

05 dekabr 2023 | 19:03
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən tədbirdə Seymur Orucov, müavinləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin məsul şəxsləri, müxtəlif layihələrdə uğurla iştirak edən gənc könüllülər, rayon ictimayiətinin nümayəndələri iştirak ediblər.    Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Tədbiri giriş sözü ilə açan RİH başçısı müasir müstəqil Azərbaycanda könüllülük hərəkatının inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasını vurğulayaraq bildirib ki, Ulu Öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişafı məqsədilə dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq daim diqqət mərkəzində saxlanılıb, könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib. Ölkəmizdə Ulu Öndərin hakimiyyəti dövründən başlayan könüllülük hərəkatı, Prezident İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban Əliyevanın bu sahəyə yüksək diqqət, qayğısı və fəal dəstəyi ilə bügünkü yüksək inkişaf səviyyəsinə çatmışdır. Gənc könüllülər potensiallarından maksimum istifadə edilməklə bütün sahələrə, o cümlədən dövlət təşkilatlarına cəlb olunaraq fəaliyyət göstərir, önə çəkilir, zəruri bilik və bacarıqlara, vərdişlərə yiyələnir, intellektual səviyyələri, dünya görüşləri artırılır, nəticədə ölkəmiz üçün layiqli vətəndaş kimi yetişirlər.  Digər çıxışçılar, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, gənc könüllülər, Ayşə Qasımova, Turxan Əliyev, Nəsib Səmədov, Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Heydərli də cəmiyyətimizdə könüllülük hərəkatının vacib əhəmiyyətindən və dövlətimiz tərəfindən bu sahəyə göstərilən yüksək diqqətdən bəhs ediblər. Tədbirdə RİH başçısı Seymur Orucov Ağstafanın ictimai-siyasi həyatında fərqləndiklərinə görə rayon ictimaiyətinin fəal nümayəndələri, Salahova Vüsalə Şirzad qızı, Heydərli Şəfəq Nazim qızı və İmamverdiyeva Nuriyyə Elman qızını Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif edib.

 

Keçidlər