Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 5 iyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

05 iyun 2025 | 15:36
Tədbirdə Ağstafa RİH başçısı aparatının məsul nümayəndəsi, Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin və Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Ağstafa rayon Şəhidlər Xiyabanı ziyarət olunaraq ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi yad olunub.
Fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra su təsərrüfatı və meliorasiya işçisi müvafiq Fəxri Fərmanla təltif olunub.
Keçidlər