Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı qeyd olunub

06 dekabr 2023 | 12:29
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, "Aztelekom" MMC-nin Qərb Regional Filialının məsul şəxsləri və Ağstafa şöbəsinin əməkdaşları iştirak ediblər. Əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib. "Aztelekom" MMC-nin Qərb Regional Filialının rəisi Gündüz Abışov, həmçinin Ağstafa şöbəsinin bir sıra əməkdaşı rayonun rabitə sahəsinin inkişafındakı xidmətlərinə görə Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Fəxri Fərmanı ilə təltif olunublar.   Tədbirdə Ağstafa RİH başçısının müavini- Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev, "Aztelekom" MMC-nin Qərb Regional Filialının Ağstafa şöbəsinin müdiri Bəxtiyar Quliyev Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamı ilə təsis olunmuş bu günün yüksək əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü ümummilli lider Heydər Əliyevin hakimiyyətinin 70-80-ci illərini əhatə edir. Məhz həmin dövrdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmiş, rabitə qovşaqları üçün binaların, respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi reallaşmışdır. Hazırda ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun sürətli inkişafı Prezident İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunmuşdur.      
Keçidlər