Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Vətən müharibəsi şəhidlərimizin məğrur, qəhrəman anaları, həyat yoldaşları və qız övladları yaşadıqları ünvanlarda təbrik olunublar

08 mart 2023 | 16:52

RİH başçısı aparatının məsul əməkdaşları və Ağstafa RİH yanında İctimai Şuranın üzvləri Vətən oğullarının ailə üzvləri ilə görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə edib, onların qəlblərdə xalqımızın ən böyük qürur mənbəyi kimi daim  yaşayacaqlarını qeyd ediblər.

Şəhidlərimizin anaları onlara və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər