Ağstafada 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Ata vəsiyyəti və inamlı Zəfər" adlı bayram konserti təşkil olunub
Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər, rayon ərazisində yerləşən hərbi hissələrdən əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev irsinin təntənəsi olan 8 Noyabr-Zəfər Günündən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi nəaliyyətlərdən geniş bəhs olunub. Xüsusi ilə vurğulanıb ki, ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər bir azərbaycanlının qürur ünvanıdır. Öz Lideri ətrafında dəmir yumruq kimi birləşən və harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu gün şanlı qələbənin xoşbəxtliyini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bu gün Xankəndində keçirilən, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyevin də iştirak etdiyi hərbi Zəfər paradı bütün dünyaya səs salmaqla tariximizin ən şanlı səhifələrindən birinə çevrildi.
Zəfər Günün üçüncü ildönümünə həsr olunmuş konsertdə mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri rəngarəng proqramı ağstaflılar rəğbətlə qarşılayıblar.