Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Nə?, Harada?, Nə zaman?” regional intellektual bilik yarışı keçirilib

06 noyabr 2024 | 18:16
Ağstafa Rayon İcra Hakimyyətinin Tədbirlər Planına uyğun olaraq, “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Keşikçidag Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçıliğı ilə keçirilən yarış Ağstafa şəhəri, “Yazıçılar Evi”ndə baş tutub.
Beş rayonun təmsil olunduğu intellektual yarışda Ağstafa rayonunu “Dəmir Yumruq”, Qazax rayonunu “Bayraq”, Tovuz rayonunu “Zəfər”, Şəmkir rayonunu “Xankəndi” komandası təmsil edib.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gərgin və maraqlı keçən intellektual yarışın münsiflərinin yekun qərarı ilə “Zəfər” komandası 1-ci, “Xankəndi” komandası 2-ci və “Bayraq” komandası 3-cü yerə layiq görülüblər. Komandalar müvafiq diplom, sertifikat və hədiyyələrlə təltif olunublar.
Tədbir iştirakçıları, eyni zamanda, “Ağstafa Gənclər Evi”nin könüllülərinin əli işləri və Keşikçidağ Dövlət tarixi-mədəniyyət qoruğuna aid stendlərlə də tanış olublar.
Keçidlər